4 dekabr 2024, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da həddindən artıq soyuq və qarlı havalar təsirli olub

01-12-2024
IMG

ABŞ-nın şərq və şimal-şərq bölgələrinə təsir edən qar və kəskin soyuqlar həyata mənfi təsir göstərir. ABŞ-nın Kanada sərhədinə yaxın və uzun müddətdir hava istiliyinin mövsüm normalarının üzərində olduğu bölgələrində hiss olunmağa başlayan soyuq hava xüsusilə  Nyu York şəhərinin, Pensilvaniya və  Ohayonun şimal bölgələrində həyatı mənfi təsir etməyə başlayıb.

 Meteoroloji Xidmətinin  məlumatına görə, ölkənin şərqinə doğru hərəkət edən "donan hava kütləsi"nin bu bölgədəki ştatlarda bir müddət təsirini davam etdirəcəyi gözlənilir.

Mütəxəssislər qar yağışının Kanada sərhədindəki göllər bölgəsinə artıq təsir etdiyi və ABŞ əhalisinin təxminən 70 faizinin bir neçə gün ərzində aşağı temperatur yaşayacağı barədə məlumat paylaşıb.

Bildirilib ki, qar şərq bölgəsində bəzi dövlətlərarası avtomobil yollarına güclü təsir göstərəcək. Bəzi rayonlarda 15-25 santimetrə qədər qar yağacağı gözlənilir.

Həftə sonu aramsız yağması gözlənilən qarın qalınlığının Nyu-Yorkun Kanada sərhədindəki Ontario gölü ətrafına 1,80 metrə çata biləcəyi səbəbindən bölgə üçün fövqəladə vəziyyət elan edilib.

Paylaş: