4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Evdə çox əzizlənən, yaxud laqeyd yanaşılan uşaq özünü yeni məkanda sınamağa çalışacaq

04-12-2024
IMG

“İnternet şəbəkələrindən istifadə edən yeniyetmə və gənclərimiz bir növ öz normal sosial psixoloji tələbatlarının ödənməsi üçün virtual məkanlarda olmağa çalışırlar. Özünüifadə, özünütəsdiq, fiziki olaraq qəbul olunmaq, sevib-sevilmək, insanlar üçün gərəkli görünmək, ağıllı və vacib olmaq şəxsiyyətin inkişafı üçün çox mühümdür. Bəzən evdə uşaq ya çox əzizlənir, ya da əksinə, özbaşına buraxılır. Hər iki halda uşaq yeni, fərqli bir məkanda özünü sınamağa çalışacaq”.

Fhnews.az xəbər verir ki, bu fikirləri psixoloq Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə, məsuliyyətli valideyn, müəllim, yaxın qohum, böyük bacı-qardaş həmin məsələyə həssas və dostcasına yanaşmalıdır: “Belə ki, yeni ünsiyyət və kənar müdaxilələr olanda, artıq uşaqda ciddi dəyişikliklər baş verəcək, əhvali-ruhiyyəsində, özünün emosional ifadəsi əvvəlki kimi olmayacaq. Yeni vərdiş və maraqları, gün rejimi, akademik göstəriciləri, uşağın əsəb və qıcıq olduğu mövzular diqqətə alınmalıdır”.

Psixoloq, həmçinin qeyd edib ki, tənqid və təhqir arasında sərhədlər düzgün qoyulmalıdır: “Gizlində və ya aşkarda, hər bir yolla uşağı öz gözündə belə dəyərsizləşdirmədən iradlar tövsiyə kimi verilməlidir”.

Paylaş: