5 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

İstanbul boğazı və Mərmərə dənizində ekoloji problemlər ciddi narahatlıq doğurur

04-12-2024
IMG

Qida piramidasının pozulması səbəbiylə Boğazda meydana gələn meduza istilasına çarə tapılmasa da, Mərmərə dənizi üçün "selik həyəcanı" verilib. Kuruçeşme sahilindən Tarabyaya qədər uzanan sahil zolağındakı görüntülər dəniz ekosistemindəki dağıntıları ortaya çıxarıb. Mütəxəssislər  Mərmərə dənizinin  “ölmək” üzrə olduğuna dair  xəbərdarlıq edib.

İllərdir edilən bütün xəbərdarlıqlara baxmayaraq, Boğazın incisi sayılan Boğaziçi sahillərində plastik çirklənmə ilə yanaşı Meduza istilası davam edir. Plankton sayının artması və dəniz canlılarının azalmasının meduza və selikli qişaların partlamasına səbəb olduğu bildirilir. Beşiktaş, Ortaköy, Kuruçeşme, Arnavutköy, Bebek, Aşiyan, İstinye xəttlərində ətrafı çirkləndirənlərə qarşı ağır sanksiyaların tətbiq edilməsi lazım olduğu deyilsə də, hələ də plastik tullantılar Boğaziçi sahillərində üzməkdə davam edir. Xüsusilə Rumeli qalasından Beşiktaşa qədər uzanan sahil zolağında su  şüşələri, plastik stəkanlar, yemək qutuları və bağlamalar diqqət çəkir. Ən çox çirklənmənin cəmləşdiyi bölgə Aşiyan və Kuruçeşme arasındakı sahil zolağıdır.

Türkiyə Təbiəti Qoruma Dərnəyinin  elmi müşaviri Erol Kesici Boğazdakı meduza istilasının yaxın gələcəkdə daha böyük ekoloji problemlər yaradacağını vurğulayaraq bildirib ki, dənizdə yığılan plastik tullantılar zamanla parçalanaraq 5 mm-dən kiçik mikro plastiklərə çevrilir. Dənizlərdəki çirklənmə su canlılarına və balıqlara, eləcə də insanlara ötürülür. Meduza partlayışı suda ekoloji dövrün pozulması ilə əlaqədardır.

İstanbul və Mərmərə sahillərinin son illərdə meduza istilasına məruz qaldığını  əlavə edən alim fikirlərini belə əsaslandırıb : "Qida zəncirində ortaq olan balıq növləri yox olduqda, meduzalar ətraf mühitə hakim olmağa başlayır. Balıqçılar torlarına düşən meduzaları yenidən dənizə atmamalıdırlar. İstanbulda meduza zərərsizləşdirilməsi mərkəzi yaradılacaq və bu canlını gətirən balıqçılara da hissə-hissə maaş veriləcək.”

Paylaş: