Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq
Biz COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq və Azərbaycan Sədrliyini buna nail olduğu üçün təbrik edirik.
Fhnews.az xəbər verir ki, bunu Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda keçirilən “Energy Security and Post-COP29” adlı konfransda deyib.
COP29-da iştirak etməsinin onun üçün çox maraqlı bir təcrübə olduğunu diqqətə çatdıran Sofi Vestleyk əlavə edib: “Bu, il ərzində Bakıya üçüncü səfərim idi. Orada çoxsaylı görüşlər və müzakirələr aparıldı və gələn il üçün maraqlı mövzular irəli sürüldü”.
Britaniya rəsmisi: COP-da razılaşmanın...
Azərbaycan və Belarus arasında dəmir...
FHN-in Şimal Regional Mərkəzinin...
HACCP sisteminin tətbiqi daxili və...
Kiçikhəcmli gəmi istifadəçiləri üçün...