Veneranın yaşamaq üçün əlverişli planet olmadığı müəyyən edilib
Alimlər böyüklüyünə və quruluşuna görə Yerə çox bənzəyən Veneranın keçmişdə heç vaxt yaşamaq üçün əlverişli olmadığını aşkar ediblər. Kembric Universiteti tərəfindən aparılan araşdırma, Veneranın Yer kimi xüsusiyyətlərə malik olmayan bir planet olduğunu ortaya qoyub.
Venerada vulkanik fəaliyyətlərin və atmosfer kimyasının tədqiqi nəticəsində planetin formalaşmasının ilkin mərhələlərindən quruma prosesinə girdiyi, sonrakı mərhələlərdə isə maye suyu sığdıra bilməyəcək qədər quru bir quruluşa çevrildiyi müəyyən edilib.
Tədqiqatlar Yerdəki vulkan püskürmələrinin nüvənin zəngin su tərkibini göstərən böyük miqdarda su buxarı ehtiva etdiyi halda, Veneranın vulkanik qazlarının ən çox yüzdə 6 nisbətində su ehtiva etdiyini, bu da Veneranın daxili təbəqələrində su olmadığını göstərir.
Venera üzərində araşdırma kəşf edilmiş ekzoplanetlər üzərindəki tədqiqatlara da işıq sala bilər.
Tədqiqatın aparıcı müəllifi, Kembric Astronomiya İnstitutunun doktorantı Tereza Konstantinu və onun komandası da Veneranın əvvəlcə ərimiş planet olduğu, ehtimal ki, qalın buxar atmosferi ilə əhatə olunmuş və zaman keçdikcə intensiv günəş radiasiyasının hidrogeni məhv etdiyi fikrini dəstəkləyir.
Tədqiqatlar göstərir ki, ulduzların yaşayış üçün əlverişli zonasında aşkar edilən qayalı ekzoplanetlərin əksəriyyəti Venera ilə oxşar xüsusiyyətlərə malikdir.Bu cür planetlərin tarixi Veneraya bənzəyir və bu, onların həyatı dəstəkləmə ehtimalının əvvəllər düşünüldüyündən daha az olduğunu göstərir.
Evdə çox əzizlənən, yaxud laqeyd...
Oturaq həyat tərzi ürək sağlamlığına...
Hindistanda 5,3 bal gücündə zəlzələ...
Rusiyanın Kamçatka bölgəsində zəlzələ...
Alimlər içməli sudakı mikroplastikləri...