4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

XİN: Ermənistan Azərbaycanın biomüxtəlifliyinə və canlı təbiətə zərər vurmaqda davam edir

12-04-2024

Bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə ərazilərimizdə biomüxtəlifliyə və canlı təbiətə zərər vurmaqda davam edir.

Fhnews.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, bu barədə məlumat aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Canlı Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesində səsləndirilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti nəticəsində meşələrin geniş şəkildə qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub.

Paylaş: