XİN: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb
İyulun 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lumu ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMT QAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.
Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən “Böyük Qayıdış” proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılıb və bu sahədə görülən işlər barədə qarşı tərəfə məlumat verilib.
Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib.
BMT nümayəndəsi təmsil etdiyi qurum tərəfindən azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyini, onların öz yurdlarına qayıdışının təmin olunması, eləcə də ANAMA ilə birgə humanitar minatəmizləmə sahəsində maarifləndirmə işi ilə bağlı dəstək göstərilməsinə hazır olduqlarını qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...