XI Qlobal Bakı Forumu ilə əlaqədar mətbuat konfransı təşkil olunub
Bakıda keçiriləcək “Parçalanmış Dünyanın Bərpası” mövzusunda XI Qlobal Bakı Forumu ilə əlaqədar martın 13-də mətbuat konfransı təşkil olunub.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Azərbaycanda son üç ildə əldə olunmuş inkişafı görməkdən məmnunluq hissi duyduqlarını bildirib. Deyib ki, bunlar dondurulmuş münaqişələrin həlli və hələ də danışıqlar prosesində olan sülh sazişləri ilə bağlı razılığın əldə edilməsidir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib: “XI Qlobal Bakı Forumunda biz təkcə müharibə və sülh mövzularını deyil, iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələlərini də müzakirə edəcəyik”.
Qlobal problemlərin qlobal həllərinin olmasının vacibliyini vurğulayan həmsədr diqqətə çatdırıb ki, tədbirdə dünyanın fərqli ölkələrindən dövlət və hökumət başçıları müxtəlif mövzularda təcrübələrini bölüşəcəklər.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak etməklə yanaşı, məsələlərin müzakirəsini də təşkil etdiyini vurğulayıb. Deyib ki, Qlobal Bakı Forumu da Azərbaycanın ev sahibliyi etdiyi belə tədbirlərdən biridir.
Ötən ilin Azərbaycan üçün möhtəşəm keçdiyini vurğulayan Rosen Plevneliyev ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini xatırladıb.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxışında Qlobal Bakı Forumunun ildən-ilə daha maraqlı keçdiyini və daha mühüm mövzulara toxunulduğunu qeyd edib.
Dünyanın ildən-ilə daha da mürəkkəbləşdiyini vurğulayan sabiq Prezident əlavə edib: “Bu il də biz dünyaya təsir göstərən mövzular, o cümlədən indiki müharibələri, münaqişələri və onların həll yollarını müzakirə edəcəyik”.
Digər çıxış edənlər - Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa, Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Fernanda Espinosa, Robert F. İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi tədbirin önəmindən danışıb, müzakirə olunacaq mövzuların əhəmiyyətini bildiriblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...