4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası keçirilib

26-06-2024
IMG

24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclaa İran nümayəndə heyətinin rəhbəri A.Cahangiri sədrlik edib.

İclas zamanı tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına öz minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası Qazaxıstan Respublikasında, diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Paylaş
 
 
 
Paylaş: