4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

VII çağırış Milli Məclisin komitələrinin tərkibi müəyyənləşib

30-09-2024

VII çağırış Milli Məclisin ilk iclasında parlament komitələrinin tərkibi müəyyənləşdirilib.

Fhnews.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisində aşağıdakı 15 komitə fəaliyyət göstərir:

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Elm və təhsil komitəsi;

Regional məsələlər komitəsi;

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;

İnsan hüquqları komitəsi;

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Aqrar siyasət komitəsi;

Əmək və sosial siyasət komitəsi;

Səhiyyə komitəsi;

Ailə, qadın və uşaq məsələləri komitəsi;

Gənclər və idman komitəsi;

İctimai birliklər və dini qurumlar komitəsi;

Mədəniyyət komitəsi;

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.

Paylaş: