Uruqvaylı senator: Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir
İqlim dəyişikliyinin insan sağlamlığına birbaşa və dolayı təsiri var. Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir. Daşqınlar və quraqlıqlar daha çox infeksion xəstəliklərin yayılmasına səbəb olur, içməli su mənbələrinin azalmasına gətirib çıxarır. Bu problemlər xüsusilə təsirə birbaşa məruz qalan ərazilərdə özünü daha bariz şəkildə görstərir.
Fhnews.az xəbər verir ki, bu sözləri Uruqvay Senatının üzvü xanım İren Moreyra noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
"İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, eyni zamanda, əlçatanlığı da azaldır. Onun təsirlərini kənd təsərrüfatında, balıqçılıqda da görmək olar. Bu dəyişikliklər nəticəsində balıqçılıq mövsümləri də dəyişir. Beləliklə, bunun iş şəraitinə də təsiri olur. İnsanlar daha ağır şəraitdə işləməyə məcbur qalırlar", - deyə uruqvaylı senator diqqətə çatdırıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...