Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Fhnews.az xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyi sosial şəbəkələrdəki paylaşımında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında Türkiyə və Azərbaycanın birliyinin sarsılmazlığını vurğulayıb.
Nazirlik qeyd edib ki, milli dirçəliş ruhu ilə dolu olan qardaş Azərbaycan vətəndaşları 36 il əvvəl müstəqillik ideyası ətrafında birləşərək eyni düşüncə və hisslərlə Qarabağın erməni işğalından azad edilməsinə nail olublar.
Paylaşımda vurğulanıb ki, Türkiyə ilə Azərbaycan həmişə birlikdə olub və bundan sonra da belə olacaq.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...