Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Fhnews.az xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir”.
Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...