Tonqa Qanunvericilik Assambleyasının sədri: İqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək
İqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək. Bizim imkanlarımız var, amma maliyyə və texniki bacarıqlarımızın çatışmazlığı səbəbindən bərpa olunan enerjimiz 18 faiz təşkil edir.
Fhnews.az xəbər verir ki, bunu Tonqa Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua noyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
Əlverişsiz vəziyyətdə olduqlarını bildirən Lord Fakafanua ildən ilə həddindən artıq hava şəraiti ilə üzləşdiklərini deyib: "Biz səviyyəsi aşağı olan adalardan insanları köçürürük. Maliyyə texnologiyaları alimlərin bizə verdiyi son müqəddərata uyğun deyil. Sakit okeanda bəzi ada ölkələrinin adaptasiyası artıq çox gecdir. Növbəti 50-100 ildə 100 milyondan çox insan problemlərlə üzləşə bilər. Artıq Amerikada yüksək qızmar hava şəraitindən helikopterlər uça bilmir. Texnologiyalar bizə müəyyən qədər kömək edə bilər, amma tam olaraq yox. Kollektiv olaraq dövlətlərimizi, hökumətlərimizi və özəl sektoru bir araya gətirməliyik".
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...