Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır
Hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır. Müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır.
Fhnews.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.
Mərkəzi Aparatın rəhbəri bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması ilə müstəqil dövlət quruculuğu təmin edilib, dövlətçilik tariximizin taleyüklü mərhələsi məhz bu dövrdə başlayıb.
“Ümummilli Liderin xalqın çağırışına səs verərək 1993-cü il iyunun 9-da Bakıya qayıtması, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın Qurtuluşunu təmin etdi. Müdrik dövlət xadimi mürəkkəb tarixi mərhələdə liderlik missiyası yerinə yetirməklə milli həmrəyliyin təmin olunmasına, ölkənin inkişafına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza ataraq Azərbaycan üçün aydın perspektivləri müəyyən etdi”, - deyə Tahir Budaqov qeyd edib.
YAP Aparat rəhbəri vurğulayıb ki, Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli-siyasi sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş edib və ölkəmizin yüksəlişi təmin olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...