4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Şuşa Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda paralel müzakirələr keçirilib

21-07-2024
IMG

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də “Texnologiya və dezinformasiya” mövzusunda paralel müzakirələr keçirilib.

Fhnews.az xəbər verir ki, tədbirdə “Neurotime” şirkətinin təsisçisi və direktoru Vüqar Cavadov texnologiyanın və dezinformasiyanın müasir media mühitində necə qarşılıqlı əlaqədə olması, bunun nəticələri barədə təqdimatla çıxış edib.

Vüqar Cavadov vurğulayıb ki, saxta xəbərlər cəmiyyətdə inamı sarsıtmaqla yanaşı, ictimai fikirdə də çaşqınlıq yaradır, fikir ayrılıqlarını dərinləşdirir. Bunun qarşısını almaq üçün media savadlılığının artırılmasının, faktların yoxlanılmasının və tənqidi düşüncənin tətbiq edilməsinin vacibliyi diqqətə çatdırılıb, süni intellekti inkişaf etdirən texnoloji şirkətlərin ziddiyyətli təhlil, yoxlama alətləri və sürətli yayılma üsullarından istifadə etməklə dezinformasiyanın öhdəsindən gəlməyə kömək göstərməli olduqları bildirilib.

Texnologiya mütəxəssisləri, media nümayəndələri və digər maraqlı tərəflərin iştirak etdikləri görüşdə saxta xəbərlər, dezinformasiyanın təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb, media sahəsində mövcud innovativ texnologiyaların inkişaf perspektivlərindən danışılıb.

Paylaş: