Sinxua agentliyi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir
Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Çin münasibətləri ilə bağlı açıqlaması əsasında xəbər hazırlayıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, “Azərbaycan rəsmisi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir” sərlövhəli materialda iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığı, əməkdaşlığının davamlı şəkildə inkişaf etdirildiyi bildirilib.
Prezidentin köməkçisi Hikmət Hacıyev Çinin əsl dost olduğunu, onun inkişafının, xüsusilə də texnoloji inkişafının təkcə özünə deyil, dünyaya, o cümlədən Qlobal Cənuba böyük töhfələr verdiyini vurğulayıb. Əlavə edib ki, böyük tarixi olan Çin mədəniyyətini öyrənməyə dəyər.
Hikmət Hacıyev Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səfər siyasətinin tətbiqinə başladığını, daha çox Çin vətəndaşının ölkəmizə səyahət etməsinin arzu olunduğunu bildirib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...