4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Rusiya Prezidenti Azərbaycan ilə ticarət dövriyyəsinin inkişaf tempinin yaxşı olduğunu qeyd edib
 

06-06-2024
IMG

Azərbaycan və Rusiya öz münasibətlərini gündən-günə daha çox şaxələndirir.

Fhnews.az xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin 4,6 milyard dollar olduğunu vurğulayan Rusiya dövlətinin başçısı deyib: “İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk. Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, - Rusiyada biz bu əhvali-ruhiyyədəyik, - nəticələr yaxşı olacaq”.

Paylaş: