Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuli və Şuşada səfərdə olublar
Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Füzuliyə və Şuşaya səfər edib.
Fhnews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb, vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar yenidənqurma və təmir-bərpa işlərini böyük məmnunluqla müşahidə ediblər.
Nümayəndə heyətinin ölkəmizə səfərinin şüarına uyğun olaraq “Prezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birlikdə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.
Sonra qonaqlar Şuşaya yola düşüblər. Burada da erməni qəsbkarlarının otuz illik işğal dövründə törətdikləri vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər.
Diaspor nümayəndələri və qazax xalqının təmsilçiləri Cıdır düzündə böyükölçülü bayraq açaraq qürurla dalğalandırıb, xatirə şəkilləri çəkdiriblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...