Qərbi Azərbaycan İcması: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq
Dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək, növbəti anti-Azərbaycan tədbir keçirib. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib.
Fhnews.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir: “Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma, həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...