Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib.
Qeyd olunub ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Yekun nəticələr belədir:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 567 min 458 səs (92,12 faiz)
Əliyev Fuad Ağası oğlu - 26 min 517 səs (0,54 faiz)
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 min 411 səs (1,72 faiz)
Musayev Elşad Nəbi oğlu - 32 min 885 səs (0,66 faiz)
Mustafa Fazil Qəzənfər oğlu - 98 min 421 səs (1,99 faiz)
Nurullayev Razi Qulaməli oğlu - 39 min 643 (0,80 faiz)
Oruc Zahid Məhərrəm oğlu – 107 min 632 səs (2,17 faiz).
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...