4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Niderlandın müstəmləkəçiliyi altındakı Bonayre adasına həsr olunmuş beynəlxalq konfransda bəyannamə qəbul edilib

22-08-2024
IMG

Avqustun 22-də Bakıda keçirilən Niderlandın müstəmləkəçiliyi altındakı Bonayre adasına həsr olunmuş “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

Fhnews.az xəbər verir ki, bəyannamənin mətnini Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib.

Sənəddə bildirilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Bonayre dövlətinin və xalqının bütün hüquq və azadlıqları BMT Nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Bonayre ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Xatırladaq ki, bu ilin oktyabrında Bonayre rəhbərliyi adanın "G24" layihəsinə əlavə olunması üçün Birləşmiş Millətlər Təşkilatına qətnamə təqdim edəcək.

Paylaş: