Nazir: "Türkiyənin İzmir və Balıkəsir bölgəsində baş verən meşə yanğınları nəzarət altına alınıb"
Türkiyənin İzmir və Balıkəsir bölgəsində baş verən meşə yanğınları nəzarət altına alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.
Nazir Yumaklı İzmirin Səlcuq rayonundakı yanğın böhranı mərkəzində jurnalistlərə açıqlama verib. O deyib ki, hazırda yanğınlar nəzarət altındadır.
Yanğının səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirən nazir Yumaklı bunları söyləyib: "Dünən 6 yanğın hadisəsi baş verib. İzmirdə bir risk qrupunda olan və Çeşmədə çıxan yanğın səbəblərini biri də söndürülməmiş siqaret olub. Şüurlu və ya şüursuz olaraq hər hansı bir şəkildə yanğına səbəb olanlar çox ciddi sanksiyalarla qarşılaşacaq. Bunların qarşısını almaq üçün çox sıx bir mübarizə var”.
Nazir Yumaklı vətəndaşlardan xüsusilə bu dövrdə yanğınlara qarşı daha həssas olmalarını istəyib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...