NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədr müavini Samir Poladovun rəhbərliyi ilə ANAMA nümayəndələri və Azərbaycanın NATO yanında Nümayəndəliyi Brüsseldə NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanla ikitərəfli görüş keçirib.
Fhnews.az xəbər verir ki, görüş zamanı ANAMA-nın nümayəndə heyəti ölkəmizdə mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Samir Poladov Azərbaycanda minaların humanitar, iqtisadi və ekoloji fəsadlarını vurğulayaraq, 2020-ci ilin noyabr ayından bəri 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və yaralandığı, həmçinin minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyini diqqətə çatdırıb.
Görüş çərçivəsində, eyni zamanda, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, yeni texnologiyaların tətbiqi, Qərvənd Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun yaradılmasının tezləşdirilməsi məsələləri müzakirə edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...