4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Muxtar Babayev: İqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında parlamentlər vacib rol oynaya bilər

16-11-2024
IMG

Biz COP29-da istəyirik ki, ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Muxtar Babayev bildirib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar: “Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”.

Paylaş: