Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib YENİLƏNİB
Oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə iştirak edib.
Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verib.
Eyni zamanda, Nazirlər Şurasının uğurlu təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistana uğurlar arzulanıb.
Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu vurğulanıb.
Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.
Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi diqqətə çatdırılıb.
MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd edilib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabrında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən danışıqlar prosesinin aparıldığını və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti həyata keçirildiyini diqqətə çatdırıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...