Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 27-də Antiqua və Barbudaya işgüzar səfər gedib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Seynt Cons Hava Limanında Milli Məclisin sədrini Antiqua və Barbuda Xarici İşlər Nazirliyinin katibi Entoni Liverpul, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin 4-cü Beynəlxalq Konfransının açılış mərasimində və birinci Plenar İclasında iştirak edəcək. Sahibə Qafarovanın plenar iclasda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...