Milli Məclisin deputatları Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı martın 17-də Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Deputatlar seçkiləri müşahidə etmək üçün martın 14-də Moskvaya yola düşəcəklər.
Fhnews.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar Sabir Hacıyev MDB PA, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.
Səfər çərçivəsində deputatlar seçkilərə hazırlıq prosesi ilə tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 19-da başa çatacaq.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...