Məzahir Pənahov: Media qurumları və subyektləri işğaldan azad olunmuş ərazilərdə seçki prosesində fəal iştirak etməlidir
Azərbaycan ərazi bütövlüyünü tam etdi və ilk dəfə ölkəmizin beynəlxalq səviyyədə tanınan bütün ərazisi çərçivəsində prezident seçkiləri keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada söyləyib.
MSK sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq məntəqələrdə 18 yaşına çatmış vətəndaşlar öz səslərini verəcəkər. Onun sözlərinə görə, həmin ərazilərdə hələ altı ay bundan əvvəl tikintidə işləyənlər, hərbi hissələrdə xidmət keçənlər artıq qeydiyyatdadırlar.
“Media qurumları və subyektləri işğaldan azad edilmiş ərazilərdə seçki prosesində də fəal iştirak etməlidir. Bu, Seçki Məcəlləsində də öz əksini tapıb”, - Məzahir Pənahov bildirib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...