4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik

17-11-2024
IMG

Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır. İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq.

Fhnews.az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün sonuncu iclasında çıxışı zamanı deyib.

“Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik”, - deyə Martin Çunqonq diqqətə çatdırıb.

Paylaş: