Mərkəzi Seçki Komissiyasının sədri Macarıstanda seçkiləri müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Macarıstana səfərə yola düşüb.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi iyunun 9-da bu ölkədə keçiriləcək Avropa Parlamenti, bələdiyyə və milli azlıqların seçkilərini müşahidə etməkdir.
Səfərin proqramına uyğun olaraq, Məzahir Pənahovun həmkarı Nagy Attila və digər rəsmi şəxslərlə yanaşı, seçkilərin müşahidəsinə qatılan xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, əməkdaşlıq əlaqələrinin və seçki idarəçiliyinə dair təcrübə mübadiləsinin genişləndirilməsinin inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması da nəzərdə tutulur.
MSK sədri seçkilərdən bir gün əvvəl paytaxt Budapeştdə seçkiqabağı proses və hazırlıqlarla tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.
Macarıstana səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli müşayiət edir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...