4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

13-01-2024

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsində verilən məlumata görə, əvvəlcə Komissiyanın 2024-cü il yanvarın 9-da keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla qanunvericilikdə nəzərdə tutulandan artıq həcmdə ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi yerinin və vaxtının müəyyən olunması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra ödənişsiz əsaslarla efir vaxtının bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyasının 3 üzvündən və Katibliyin Media və kommunikasiya şöbəsinin müdirindən ibarət tərkibdə püşkatma komissiyasının yaradılması və püşkatmanın 2024-cü il yanvarın 15-i saat 14:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçirilməsi qərara alınıb.

İclasda, bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.

Beynəlxalq müşahidə missiyası təmsilçisi, namizədi qeydə alınmış siyasi partiyanın məşvərətçi səs hüquqlu komissiya üzvü və media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Paylaş: