Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə iyulun 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Fhnews.az xəbər verir ki, əvvəlcə Komissiyanın iyulun 22-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.
Daha sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...