Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub YENİLƏNİB
Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb. Yerli və beynəlxalq media mənsublarının, habelə digər maraqlı subyektlərin bilavasitə iştirakı ilə müzakirə edilən məsələlər və qəbul olunan qərarlar mediada geniş və operativ şəkildə işıqlandırılıb.
Komissiyanın iclasında öncə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr və atılan məqsədyönlü addımlardan danışılıb. Qeyd olunub ki, Milli Məclisə seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə respublikamızın ictimai-siyasi həyatında əlamətdar bir tarixi hadisəyə çevrilib. Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq MSK və qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik aidiyyəti qurumlar tərəfindən Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunub, nəzərdə tutulan bütün tədbirlər Komissiyanın hazırlayıb təsdiq etdiyi Təqvim planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə reallaşdırılıb.
Seçkilərdə mühüm prioritet məsələlərdən biri olan seçici siyahılarının dəqiqləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə uğurla həyata keçirilməsi, bu işdə media qurumları və sosial media platformalarının imkanlarından da geniş istifadə olunmaqla, müxtəlif vasitələrlə əhatəli fəaliyyət göstərilməsi təqdirlə vurğulanıb. Bildirilib ki, adların seçici siyahılarında yoxlanılması ilə bağlı MSK-nın hazırladığı müxtəlif materiallar – bütün ölkə ərazisinə yayılan geniş tirajlı, böyük ölçülü məlumatlandırma plakatları, televiziya və radio kanallarında yayımlanan müxtəlif video və audio çarxlar, eyni zamanda, sosial media platformaları üzərindən çoxsaylı paylaşımlarla geniş kampaniya gerçəkləşdirilib. “ASAN xidmət”lə birgə layihə çərçivəsində ilk dəfə 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində əsası qoyulan və seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsinə hədəflənən mütərəqqi və effektiv bir vasitə Milli Məclisə seçkilərdə də davam etdirilib. Belə ki, “ASAN xidmət” mərkəzlərindəki müvafiq smart monitorlara yerləşdirilən funksional bölmə aktivləşdirilərək Mərkəzlərə gündəlik müraciət edən on minlərlə vətəndaşımıza adlarını seçici siyahılarında yoxlamaq, aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirmək, həmçinin bu məsələlərlə bağlı ehtiyac yarandığı halda yerindəcə MSK-ya operativ müraciət etmək imkanı yaradıb. MSK-nın “ASAN xidmət”lə sıx əməkdaşlığı şəraitində hazırlanan və vətəndaşları Mərkəzlərdəki sözügedən innovativ vasitədən yararlanmaqla adlarını siyahılarda yoxlamağa, səs verəcəkləri seçki məntəqəsini öyrənməyə təşviq edən videoçarx da televiziya və radio kanallarında, habelə sosial media platformalarında geniş yayılıb.
Milli Məclisə seçkilərdə reallaşdırılan irimiqyaslı maarifləndirmə və məlumatlandırma proqramından bəhs edilərək diqqətə çatdırılıb ki, seçki marafonu boyunca seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu, demək olar, bütün seçki iştirakçılarının maarifləndirilməsi diqqətdə saxlanılıb, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində səsvermə gününə qısa müddət qalanadək müşahidəçilərin və media nümayəndələrinin bilavasitə iştirakı ilə intensiv şəkildə fərqli istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirilib. MSK seçkinin tarixi, səsvermə qaydaları, habelə istiqamətverici və çağırış xarakterli yüz minlərlə plakat da çap etdirərək, bütün yaşayış məntəqələrinin ərazisində və asanlıqla görünə bilən məkanlarda yerləşdirilməsini təmin edib. Bununla yanaşı, seçici siyahılarında adın yoxlanılması, seçicilərin səsvermədə iştiraka dəvət olunması, seçki gününün xatırladılması, səsvermə prosedurları, eləcə də əlavə seçicilər siyahısı əsasında səsvermə barədə hazırlanan, ümumilikdə 6 video və audioçarx ölkədəki televiziya və radio kanallarında mütəmadi şəkildə nümayiş etdirilib, eləcə də sosial media platformalarında paylaşılıb.
İclasda həssas qrupa aid seçicilər - görmə, eşitmə və hərəkət qabiliyyətində məhdudiyyət olanlar üçün gerçəkləşdirilən layihələrdən, yaradılan imkanlardan da danışılıb. Vurğulanıb ki, gözdən əlilliyi olan seçicilər səsvermə günü öz konstitusion hüquqlarını seçki bülletenlərindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə etməklə sərbəst şəkildə reallaşdırıblar. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırladığı bütün videoçarxlar həm də alt yazısı ilə təqdim olunub. Hərəkət qabiliyyətində məhdudiyyət olan seçicilərin ictimaiyyətdən təcrid olunmadan, bilavasitə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün seçki məntəqələrinin müvafiq binalarda yerləşdirilməsi və yeni panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2471 seçki məntəqəsində də digər məntəqələrdəki kimi əlverişli vəziyyət təmin edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...