4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günü yekunlaşıb

20-06-2024
IMG

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıda günün sonuncu panel iclası keçirilib.

Fhnews.az xəbər verir ki, toplantının ikinci gününün 4-cü panel iclası “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” mövzusunda olub.

İclasın moderatoru - Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, sağlamlıq və iqlim dəyişikliyinin kəsişməsi dövrümüzün ən kritik çağırışlarıdır. İqlim dəyişikliyi mövcud sağlamlıq təhdidlərini gücləndirir və yeni risklər yaradaraq ən həssas əhaliyə qeyri-mütənasib şəkildə təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, insanın fiziki vəziyyəti yaxşı olanda xəstəlikdən danışmır. Beləliklə, bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır. COVID-19 bunu bizə çox yaxşı öyrətdi. COVID-19 bizə elə böyük sarsıntı yaşatdı ki, bu, bizdə çox primitiv bir amili - yaşamaq instinktini işə saldı.

“Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib. Təkcə karantin xərcləri qlobal ÜDM-in 9 faizini təşkil edirdi. Biz etimad institutlarının itirilməsinin hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.

İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbuletmə prosesinə hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur”, - deyə o vurğulayıb.

Sloveniyanın sabiq baş naziri Borut Pahor deyib ki, COP29-un ən güclü dəstək ola biləcəyi istiqamət vahid sağlamlıq yanaşması olar. Düşünürəm ki, biz COVID-19 böhranı zamanı beynəlxalq əməkdaşlığın son dərəcə vacib olduğunu gördük.

Qeyd edək ki, işini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.

Paylaş: