4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Kazanda Rüstəm Minnixanovun Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ilə görüşü olub

09-09-2024
IMG

Kazan şəhərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev arasında görüş keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikası Rəisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qonağı Tatarıstan torpağında salamlayan Rüstəm Minnixanov deyib: “Bu, Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı çərçivəsində işgüzar əlaqələri davam etdirmək baxımından əhəmiyyətlidir”.

Tatarıstanın Rəisi onu da bildirib ki, Azərbaycana işgüzar səfəri çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında şahidi olduğu inkişaf templəri ona yaxşı təsir bağışlayıb.

Sonra birgə layihələrin perspektivləri müzakirə olunub, başqa aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko iştirak edib.

Paylaş: