4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

İcma: Niderland parlamentinin nümayiş etdirdiyi mövqe mahiyyətcə böhtan xarakteri daşıyır

29-05-2024
IMG

Azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından qovulmasına, oradakı Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılmasına göz yummuş Niderland parlamentinin indi nümayiş etdirdiyi mövqe mahiyyətcə böhtan xarakteri daşıyır. Niderland hökumət üzvünün sözügedən qətnamə üzrə müzakirələr zamanı nümayiş etdirdiyi mövqe də təəssüf doğurur.

Fhnews.az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, Niderland Parlamentinin Nümayəndələr Palatası mayın 23-də anti-Azərbaycan məzmunda qətnamə qəbul edib. “Xristian İttifaqı” partiyası və “Xristian Demokratik Çağırış” partiyasının təşəbbüsü ilə qəbul edilmiş bədnam qətnamədə Azərbaycanın guya etnik təmizləmə aparması, mədəni irsə zərər vurması kimi əsassız ittihamlar irəli sürülür.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı müdaxilələri yolverilməzdir”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Qərbi Azərbaycan İcması Niderland parlamentindən və hökumətindən qərəzli və yersiz addımlarına son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışını və regionda sülhü dəstəkləməyi tələb edib.

Paylaş: