İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir
“Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələmək məqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyi əbəs səyləri qınayır”.
Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşən Fransa ucuz təxribatlara əl atmaqdadır. Son olaraq, Bordo şəhərinin merinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi ilə elektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribat nümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cür dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuz şoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdə ölkəmizə dəstək verməyə çağırır” - deyə İcmanın bəyanatında vurğulanıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...