İƏT-in Baş katibi parlament seçkilərinin uğurlu keçməsi münasibətilə Azərbaycanı təbrik edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilatın rəsmi səhifəsində ölkəmizi növbədənkənar parlament seçkilərinin uğurlu keçməsi münasibətilə təbrik edib.
Təbrik mesajında 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin monitorinqi üçün İƏT Baş katibliyinin Azərbaycan hökumətinin dəvəti ilə səlahiyyətli müşahidəçi heyəti göndərdiyi qeyd olunub. Baş katib parlament seçkilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərini də əhatə etdiyini vurğulayıb.
İƏT Baş katibinin təbrik mesajında təşkilatın nümayəndə heyətinin seçkilərlə əlaqədar səsvermə öncəsi hazırlıq, səsvermə günü və səslərin hesablanması mərhələsini müşahidə etdiyi bildirilib. Həmçinin İƏT missiyasının Azərbaycan Respublikasının seçki orqanları ilə görüşlər keçirdiyi və səsvermə prosesi ilə bağlı brifinq təşkil edildiyi diqqətə çatdırılıb.
Baş katib vurğulayıb: “İƏT-in nümayəndə heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin yüksək fəallığı ilə keçirildiyini bildirib”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...