4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

28-05-2024
IMG

“Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi hisslərimlə təbrik edirəm”.

Fhnews.az xəbər verir ki, bu ifadələr Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi “X” hesabında paylaşılan təbrik mesajında yer alıb.

“Şanlı Azərbaycan Bayrağının Vətənin hər qarış torpağında azad dalğalandığı bu mübarək gündə müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmət və ehtiramla yad edirəm.

Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq”, - deyə Türkiyənin XİN başçısının təbrikində vurğulanıb.

Paylaş: