Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib
Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib.
Fhnews.az xəbər verir ki, bəyanatda deyilir: “Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır.
Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları" və "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır.
Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır – bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin "insan hüquqları ölkəsi" (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanaky-nin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir.
Fransa əsarəti altında olan son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən və siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir. Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır.
Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə və ya nəhayət müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla işləməyə davam edəcəyik!”.
Bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.
Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirdərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.
Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyiblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...