Ceyhun Bayramov: Mina məsələsində Ermənistanı bütün platformalarda ifşa edirik
Ermənistan 2020-ci ilin noyabr ayından etibarən 2021-ci ilin iyun ayına qədər mina xəritəsinin mövcudluğunu inkar edib. İlk dəfə olaraq 2021-ci ilin iyun ayında beynəlxalq vasitəçilərin Ermənistana təzyiqi nəticəsində rəsmi İrəvan Azərbaycana vasitəçilər vasitəsilə mina xəritələrini hissə-hissə təqdim etməyə başladı.
Fhnews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, son zamanlar Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə səsləndirir və bunu hər zaman müzakirə mövzusuna çevirir.
“Biz mina məsələsində Ermənistanın bütün platformalarda ifşasına davam edirik. ANAMA tərəfindən verilən məlumata görə, Ermənistanın yaratmaq istədiyi yeni “təmas xətti”, - hansı ki, 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə, 960 kvadrat kilometr ərazidir, - son 3 il ərzində tamamilə minalanıb. Həmin əraziyə 500 minə yaxın mina döşənib. Məgər Ermənistan bunları bilmir, onların xəritəsi mövcud deyil? Buna inanmaq mümkün deyil”, - deyə nazir vurğulayıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...