4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

27-06-2024
IMG

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 27-də bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyasından məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini, eləcə də regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

İqtisadi əməkdaşlığa və regional əhəmiyyətli layihələrə diqqət yetirilib. İri infrastruktur və enerji layihələrinin həyata keçirilməsində birgə səylərin vacibliyi qeyd edilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Qara dəniz sualtı elektrik kabeli və Anaklia dərin su limanı da daxil olmaqla tranzit və logistika funksiyasının gücləndirilməsinə yönəlmiş layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Söhbət zamanı, həmçinin Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: