Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir
Ulu Öndər Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəli və qətiyyətli diplomatiyasının nəticəsi kimi Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə öz ərazi bütövlüyünü tam təmin etdi. Bu Qələbədə Azərbaycana Türk dünyasının dəstəyi çox dəyərlidir.
Fhnews.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada deyib.
Hazırda qlobal problemlər fonunda Türk dünyasının birliyinin daha vacib olduğunu deyən Ə.Əhmədov əlavə edib: “Türk dünyası daha da güclənir və bu, reallıqdır. Ortaq hədəflərin ortaq məqsədlərə çevrilməsi yolunda görüləcək işlərimiz çoxdur. Türk dünyasının qarşısında geniş perspektivlər dayanır. Bu perspektivlərin reallaşdırılması istiqamətində daha sıx və səmərəli əməkdaşlığımızı gücləndirməliyik”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...