Baş nazir Əli Əsədov Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində iyulun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.
Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...