Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub
İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə “Belagro 2024” Beynəlxalq ixtisaslaşdırılmış sərgisini ziyarət edib.
Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əsədov və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçıları geniş çeşidli aqrosənaye məhsullarının, kənd təsərrüfatı texnikası və avadanlıqlarının müasir nümunələrinin, bitkiçilik, heyvandarlıq və quşçuluğun inkişafında qabaqcıl istiqamətlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...