Baş nazir Əli Əsədov İtaliyanın baş prokuroru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 25-də İtaliya Ali Kassasiya Məhkəməsinin baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İtaliya Respublikasının Ali Kasasiya Məhkəməsi yanında Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan-İtaliya əlaqələrinin ticari-iqtisadi və bir çox digər istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev iştirak edib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...