Baş nazir Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirilib. Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...