Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.
Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...