4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Baş nazir Əli Əsədov Butanın Baş naziri ilə görüşüb

11-11-2024
IMG

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Paylaş: